İsveçli “ekofəal” Qreta Tunberq Ermənistandan sonra bu dəfə də Türkiyəyə səfər edib. O, İstanbula gedərək oradan kürdlərin çoxluq təşkil etdiyi şərq bölgəsinə keçib. Diyarbəkirə yollanan Qreta burada PKK terror təşkilatının siyasi qolu hesab edilən DEM Partiyasının üzvləri ilə görüşüb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, “ekofəal”ın buradan paylaşımı Türkiyə ictimaiyyətində ciddi narazılıq yaradıb.
O, ölkənin şərq bölgəsini “Kürdüstan” adlandırıb və bu əraziyə muxtariyyət verilməsini tələb edib. Qreta həmçinin Türkiyədə kürdlərin guya təzyiqə, “qırğınlara” məruz qaldığını, assimilyasiya olunduqlarını iddia edib. Bütün bunlarda isə Türkiyə rəhbərliyini günahlandırb.
“Ekofəal” PKK terror təşkilatının fəalliyyətini “azadlıq hərəkatı” kimi təqdim edib. Həbsdəki terrorçuların azad olunmasını tələb edib, onları “azadlıq istəyən siyasi məhbuslar” adlandırb.
Qreta Tunberqin paylaşımı Türkiyə ictimaiyyətində ciddi narazılığa səbəb olub. Onun provakasiya ilə məşğul olduğu, xaricdən pul alaraq Azərbaycandan sonra Türkiyəni hədəf seçdiyi bildirilib.
Qeyd edək ki, Q.Tunberq bir müddət öncə Ermənistana gedib. O, burada qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib. Azərbaycanı ermənilərə qarşı “etnik təmizlik”də günahlandırıb. Daha sonra onun 2020-ci ildə erməni əsilli britaniyalı biznesmen Kalust Sərkis Gülbenkyanın fondundan “təbiətin mühafizəsi” adı altında 1 milyon avro “mükafat” aldığı ortaya çıxıb.
- Əli Kərimliyə bu cəza verildi
- Kadırov azərbaycanlı blogerə söz verdi: Toyunda... - Video
- İrəvan azərbaycanlıların hüquqlarını təmin etməlidir - XİN
- Türkiyə hərəkətə keçdi, ASO bu şəhəri aldı - Nə baş verir?
- İran bu ölkəyə ordu yeridir? – Təcili
- Kobaxidze niyə bir sözlə Tiflisi qarışdırdı? Nə baş verir?
- Tiflisdə çevriliş cəhdi: AB bütün gücünü işə salacaq
- Bu, İrana ağır zərbədir - Ermənistanda qorxu başladı