Professordan tiktokerlərin həbsinə reaksiya: Yolverilməzdir!

13:06 - 24 Dekabr 2024 - GÜNDƏM

 Professordan tiktokerlərin həbsinə reaksiya: Yolverilməzdir!

İfadə azadlığı insanın fundamental hüquqlarından biridir. Hər bir şəxs qanuni yollarla istədiyi məlumatı əldə edə, onu işləyib yayımlaya, müxtəlif formalarda – sözlə, davranışla, hərəkətlə özünü ifadə edə bilər. Bu, insanın təməl haqqıdır. İnternetin mövcudluğu və sosial şəbəkələrin yaranması bu hüquqların həyata keçirilməsi üçün geniş imkanlar təqdim edir. Ancaq ifadə azadlığı heç bir halda başqalarının hüquqlarını pozmaq, əxlaqsızlığı təbliğ etmək, milli dəyərlərə qarşı səlib yürüşü keçirmək vasitəsinə çevrilməməlidir.

Bu sözləri BUTA.TV-a media eksperti, professor Qulu Məhərrəmli Azərbaycanda əxlaqsızlığı təbliğ edən bəzi tiktokerlərin saxlanması haqqında danışarkən deyib.

Onun sözlərinə görə, sosial platformalarda nalayiq ifadələrin işlənməsi, insan əxlaqına və insani dəyərlərə qarşı çağırışlar edilməsi yolverilməzdir:

“Bu günlərdə Tiktokla bağlı ciddi problemlər müzakirə edilir. Dünyanın bir çox ölkəsində bu platforma qadağan olunur. Bunun səbəbi həmin platformadan istifadə edərək milli dəyərlərə hücumlar, nalayiq ifadələr, söyüşlər və mövcud ictimai quruluşu zorla dəyişdirmək çağırışlarıdır. Belə görünür ki, bəzi ölkələr artıq bu platformanın necə təhlükəli olduğunu dərk edirlər və tədbirlər görürlər. Bir tərəfdən insan hüquqları və ifadə azadlığı önəmlidir, digər tərəfdən isə cəmiyyətin ümumi əxlaqı və insani dəyərləri qorunmalıdır. Azərbaycanda da Tiktokun bağlanması ilə bağlı çağırışlar var və bəzi hallarda bu çağırışlara haqq qazandırmamaq mümkün deyil”.

Bu xəbər hal-hazırda çox oxunur
Üç uşağı olanlara şad xəbər - Video

Professor qeyd edib ki, cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar qanunla tənzimlənməlidir:

“Son zamanlarda Daxili İşlər Nazirliyinin xətti ilə Tiktok üzərindən qanun pozan şəxslərin həbsi həyata keçirilir. Hesab edirəm ki, bu cür halları törədən şəxslərə ciddi xəbərdarlıq edilməli və davranışlarını təkrarlamamaları üçün tədbirlər görülməlidir. Əgər platformada cəmiyyətin əxlaqına və mənəvi dəyərlərinə təhlükə törədən hallar varsa, qanunvericiliyə uyğun olaraq səbəbkarlar cəzalandırılmalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol