Sərnişindən şok sözlər: Qəzadan öncə partlayış oldu - Video

11:26 - 26 Dekabr 2024 - GÜNDƏM

 Sərnişindən şok sözlər: Qəzadan öncə partlayış oldu - Video

AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən və Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin sağ qalan sərnişini Sübhonkul Rəhimov Rusiyanın RT kanalına qəzadan öncə baş verənlər haqda danışıb.

BUTA.TV xəbər verir ki, Rəhimov Qroznıda eniş zamanı problemlər başladığını bildirib.

Onun sözlərinə görə, pilotlar Qroznı hava limanına 3 dəfə enməyə cəhd göstəriblər:

“Təyyarə qəflətən yuxarı qalxdı. Yəni eniş etməyə başladığı halda qəfildən havaya qalxdı və yüksəklik yığmağa başladı. Ayıldım və anladım ki, təyyarə ilk cəhddən eniş edə bilməyib. Sonra o buludların üstündə uçmağa başladı, aşağıda duman var idi. Dəhşətli duman idi, hiss olunurdu ki, duman çox güclüdür. Təyyarə yenidən döndü və enişə hazırlaşdı. Mənim hesablamama görə, iki dəfə enişə cəhd etdi, amma üçüncü dəfə nəsə partladı. Partlayış oldu və mən deməzdim ki, bu partlayış təyyarənin içində idi. Oturduğum yerdə yanımdakı örtük qopdu. Bunu mən bilmirəm, artıq mütəxəssislər məlumat verməlidirlər, amma partlayış oldu. Partlayış dəqiq oldu, onu hər kəs eşitdi. Jileti (fövqəladə vəziyyətlərdə sərnişinlərin geyinməsi üçün jilet – red.) götürdüm, gördüm ki, jiletdə qəlpə deşiyi var. Onu güllə deşib. Elə bu partlayışdan sonra düz ayaqlarımın arasından qəlpə keçdi və jileti deşdi. Bunu telefona da çəkmişəm. Məncə, mütəxəssislər artıq yekun nəticəyə gəlib orda nə baş verdiyini deməlidirlər”, - Rahimov bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
“Rəsmi Bakı Rusiyadan üzr gözləyir”

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol