Azərbaycandan Qroznıya gedən 8432 saylı reys çox güman ki, raketlə vurulub. Ekspertlər pilotun dispetçerlərlə danışıqlarının Rusiyada dərc edilmiş stenoqramını öyrəndikdən və videonu izlədikdən sonra belə qənaətə gəliblər.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Tayms" (The Times) nəşrində dərc edilmiş məqalədə qeyd olunur.
"Azərbaycan Hava Yolları aviaşirkətinin “Embraer” tipli təyyarəsinin pilotları bütün uçuş idarəetmə sistemlərini itirdikdən sonra yalnız dartı mühərriklərindən istifadə edərək zədələnmiş təyyarəni qəza enişi etdirməyə çalışarkən böyük çətinliklərlə mübarizə aparmalı olublar", - məqalədə deyilir.
Qazaxıstandakı qəzadan əvvəlki və sonrakı videolar göstərir ki, qəlpələr təyyarənin arxa hissəsini deşərək onun qanadlarında və quyruq hissəsində olan hər üç paralel hidravlik sistemi sıradan çıxarıb”, - aviasiya üzrə ekspertlər bildiriblər.
Qroznıda pilotlarla dispetçerlər arasındakı danışıqların stenoqramı göstərir ki, onlar görmə məsafəsinin həddindən artıq zəif olması səbəbindən eniş edə bilmədikləri üçün Çeçenistan şəhərindən uzaqlaşarkən əvvəlcə quşla toqquşma hesab etdikləri "zərbə" barədə məlumat veriblər.
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Qadını öldürən qonşusu olub – Qətlin detalları...
- Bunu edən şəxslər 8 ilədək həbs olunacaq
- Mübariz İbrahimovun adını daşıyan Mübariz İbrahimov - Foto
- Kamran Əliyev onu Gəncə hərbi prokuroruna müavin göndərdi
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Müştəri ilə dalaşan "Sizin Lombard"ın filial müdiri saxlanıldı
- Bakıda maşınlara qənim kəsilən şəxs saxlanıldı