Pilot gördü ki, eniş etmək üçün yer görünmür. Buna görə də yenidən havaya qalxdı. Havada dövr etdikdən sonra yenidən enişə cəhd etdi, amma alınmadı. Bundan sonra o məcbur olub havaya qalxdı və başqa istiqamətə yol aldı. Biz geriyə qayıdan zaman çöl hissədən qəribə, zərbəyəbənzər səs gəldi. Mən və Aydan xanım tez salona çıxdıq, insanları sakitləşdirməyə çalışdıq. Mən qabağa getmək istəyəndə qolumdan zərbə dəydi. Elə bil kimsə balta ilə qolumdan vurmuşdu. Qolumda dərin kəsik var idi. Daha sonra isə üçüncü zərbə səsi eşidildi. Biz insanlara təlimat verdik suya eniş edəcəyik və hazır olsunlar, jiletlərini geyinsinlər.
BUTA.TV xəbər verir ki, bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.
Onun sözlərinə görə, daha sonra onlara ekipaj komandiri zəng edərək onlara suya yox, quruya eniş etmələri ilə bağlı məlumat verilib:
“Fikrimcə suya eniş etsəydik, sağ qalan olmayacaqdı. Çünki bizim təyyarənin mühərrikinə təsir göstərilmişdi və o suya sərt eniş etsəydi, bu daşa dəyməkdən də daha möhkəm olacaqdı. Nəticədə təyyarə parça-parça olacaqdı. Biz məlumatı eşidib sərnişinləri təlimatlandırıq. Bütün sərnişinlər təlimata uyğun hərəkət etdi.
Pilotlar çox çalışdılar ki, təyyarəni havada saxlayıb təyinat nöqtəsinə qədər enişi edə bilsinlər. Onlar bunun üçün çox cəhd etdilər. İlk olaraq da yerə ön təkərləri vurdular. Çünki bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan insan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa”.
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili
- Xüsusi təyinatlılar azərbaycanlılara görə polis şöbələrinə hücum etdi