Azərbaycan Hava Yolları Kazandan Bakıya uçuşu ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat Kazan hava limanının onlayn tablosunda əks olunub.
Belə ki, təyyarənin uçuşu 28 dekabr saat 23:15-ə planlaşdırılıb. Daha sonra uçuş 30 dekabra təxirə salınıb. Amma bu gün ümumiyyətlə ləğv edilib.
“İnKazan” saytının məlumatına görə, belə bir qərar “Embraer 190” təyyarəsinin qəzasının araşdırılmasının ilkin nəticələri və uçuşların təhlükəsizliyi ilə bağlı mümkün risklər nəzərə alınaraq qəbul edilib.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
Yayılan məlumatlara görə, ləğv edilmiş reysin sərnişinləri biletlərini dəyişdirə və ya geri qaytara bilərlər.
Qeyd edək ki, bundan öncə AZAL Rusiyanın 10 şəhərinə uçuşları ləğv etmişdi.
- Quba-Xınalıq yolu çökdü - Video
- 1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
- Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
- Ukraynalı modelin olduğu təyyarə qəzaya uğradı
- İsrail Hizbullah tunellərini partlatdı
- Zelenski ayın sonunda Trampla görüşə ümid edir
- “Bavariya” və “Yunayted”dən darmadağın, “Fənərbaxça”dan bərabərlik - ÇL-də gecənin nəticələri
- Bu ölkə Almaniyaya 40 milyardlıq investisiya yatıracaq