İndiyə kimi maksimum şəkildə bütün qonşularla eskalasiyaya getməməyə çalışmışıq. Hətta 44 günlük müharibə dönəmində İran Ermənistana silah daşınmasına birbaşa dəstək verirdi, Azərbaycana qarşı təxribat xarakterli əməllər törədirdi, biz isə buna cavab olaraq İrana qarşı mövqe almamışdıq, İranla münasibətləri gərginləşdirməməyə çalışdıq. Təəssüf ki, Azərbaycanın bu mövqeyi yanlış anlaşıldı və dövlət başçısı sonuncu çıxışı ilə ortaya bir daha iradə qoymuş oldu.
Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində İranla bağlı fikirlərini şərh edərkən deyib.
O, Rusiya, İran və bu kimi ölkələrdə əlaqədar qurumların mərkəzdən idarə edildiyinə diqqət çəkib:
“Burada hansısa bir siyasi qurumun, inzibati post tutan şəxsin özbaşına qərar verməsi nadir baş verən məqamlardandır. Buna görə də Ərdəbildə Azərbaycanın əleyhinə yönələn bütün açıqlamalar mərkəzdən idarə edilib. Dövlət başçısı da açıq şəkildə bunu ifadə elədi. Ərdəbildə bir yığıncaq təşkil edilib, Azərbaycana qarşı təhqir səsləndirilirsə, işğalla hədələniriksə, ölkənin dövlət başçısı birbaşa olaraq tənqid-təhqir olunursa, aydın məsələdir ki, İran dövləti bu şəraiti yaradıb”.
Politoloq Azərbaycana qarşı səsləndirilən fikirlərə İran hökumətinin rəsmi mövqeyini tənqid edib:
“Cənab Prezident bu məsələyə ötən dəfə də toxunmuş, açıq şəkildə İran dövlətini ölkəmizə olan radikal mövqeyə görə ittiham etmiş, kəskin mövqe ortaya qoymuşdu. İranın Bakıdakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılmışdı. Bundan sonra İran geri addım atdı, rejimin XİN nümayəndəsi Müctəba Dəmirçilu “təəssüf”ünü bildirdi. Ancaq bu məsələnin bir XİN nümayəndəsinin “üzrü” ilə bağlanmayacağını Prezident Əliyev açıq şəkildə bildirdi. Burada dövlətin rəsmi təyin etdiyi şəxs var. Bu şəxslər İranın lideri Xamenei tərəfindən təyin edilir. Ərdəbilin imam-cüməsinin Azərbaycan dövlətini təhqir eləməsini, dövlət başçısı haqqında uyğunsuz ifadələr işlətməsini Xamenei qəbul etmirsə, bu, onların əməli deyilsə, o zaman təyin etdiyi adamların məsuliyyətini üzərinə götürərək, üzrxahlığı da özü etməlidir. İkincisi də ki, həmin şəxslər tutduqları vəzifədən azad edilməlidir. Aydın olsun ki, bunlar özbaşına danışaraq, Azərbaycan-İran münasibətlərində gərginlik yaradıblar. Yox, belə deyilsə, biz real müstəvidə addım görmürüksə, demək, İran rəhbərliyi özü də Azərbaycan dövlətini tənqid edənlərin, təhqir səsləndirənlərin mövqeyini bölüşür”.
O, prezidentin son çıxışının kifayət qədər açıq məqamlarla, mesajlarla yadda qaldığını bildirib:
“Ölkə prezidentinin həm təyyarə məsələsi ilə bağlı Rusiyaya, həm də ölkəmizə olan mövqeyə görə İrana dedikləri olduqca diqqət çəkir. Dövlətimiz bununla göstərdi ki, xarici təhdidlərdən qorxmur, çəkinmir, özünü müdafiə qabiliyyəti var. Bundan əlavə, qonşularla nə qədər mülayim münasibətə maraqlı olsaq da, qonşu dövlətlərin Azərbaycana qarşı qırmızı xətti gözləmədən, ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi əməllərinə dözmək fikrimiz olmadığı mesajı verildi”.
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
- Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır