Nikol Paşinyan bu gün İlham Əliyevin daha bir güzəşt tələbini qəbul etdi.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.
Xaçatryan iddia edib ki, Prezident İlham Əliyev Ermənistana növbəti ultimatum təqdim etdi və şərtləri qəbul etməkdən başqa yolun qalmadığını çatdırdı.
“Ermənistanın silahsızlaşdırılması, Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması və digər tələbləri var. Əliyev Ermənistan dövlətini faşist adlandırdı, bu o deməkdir ki, faşizmə qarşı hansı məntiqlə hərəkət edirlərsə, Ermənistana qarşı da eyni məntiqlə hərəkət ediləcək.
Paşinyan isə susdu, lakin sonra anladı ki, uzun müddət susa bilməz. Ona görə yox ki, erməni ictimaiyyəti cavab tələb edir, xeyr. Səbəb Əliyevin güzəşt tələbini cavablandırmaqdır. Bəyan etdi ki, “biz sona qədər sülh prosesini dəstəkləyəcəyik”.
Bu o deməkdir ki, müharibənin olmaması üçün Azərbaycanın bütün tələblərini qəbul etməliyik. Beləliklə, Paşinyan bu gün Əliyevin növbəti güzəşt tələblərini qəbul etdi. Onun səsləndiriyi fikirlər də bu tələblərin qəbul edilməsinə zəmin hazırlamaq məqsədi daşıyır”, - erməni deputat iddia edib.
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu