Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq.
BUTA.TV xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev deyib.
“Onlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkıdır. Hazırda həmin istiqamətdə işlər yekunlaşmaq üzrədir. Digəri isə Acınohur çölündə yaradılacaq Bozdağ Milli Parkıdır ki, bununla bağlı işlər aparılır. Həmin milli park Samux, Yevlax və Qax inzibati rayonlarını əhatə edəcək”, - Xidmət rəsmisi bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ölkənin 10.3 faizi, yəni 893 min hektarı xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlərə başlayıb.
- Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
- Sakinlərin nəzərinə: Əkin sahələri üçün qeydiyyat başladı
- Qurban Qurbanov uğurun əsas şərtlərindən danışdı
- Aygün Kazımovanın nə qədər vergi borcu var?
- Dini məsələlərlə bağlı çağrı mərkəzi yaradıldı
- Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
- YAP Ramiz Mehdiyevə görə iclas keçirəcək
- Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu