Bir müddətdir ki, ölkədə xəstəlik tüğyan edir. Artıq vəziyyət kifayət qədər ciddiləşib. Virus artır, xəstə sayı çoxalır. Bu isə insanlarda narahatlıq yaradır.
Bəs bunun çıxış yolları nədir? Yaxın zamanda qapanmaya gedilər bilərmi?
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, vəziyyət çoxdan ciddiləşib.
O, insanların özlərini təcrid etmələrini məqsədəuyğun hesab edir:
“Unutmayaq ki, xeyli vaxtdır Azərbaycan müxtəlif infeksiyalarla üz-üzədir. Qızılca virusu tüğyan edir, pandemiya bitsə də koronavirusun “omicron” ştammının mutasiyaya uğramış epidemiya ocaqları davam edir və s. Bundan başqa, payız aylarından başlayaraq müxtəlif virus infeksiyaları – qrip, koronavirusun özü, metapnevmovirus, meymunçiçəyi virusu, mikoplazma pnevmoniyasının yayılması da narahatlıq doğurur. Əslində, bu vəziyyətdə hər kəs özünü qorumalıdır”.
Professor deyib ki, mümkün qədər kontaktları azaltmaq lazımdır:
“Mütləq əllərin dezinfeksiyasına diqqət edilsin, təmiz havada gəzsinlər, düzgün qidalansınlar. Xüsusilə də meyvə-tərəvəz daha çox qəbul edilməlidir. İmmun sistemini yaxşı vəziyyətdə saxlamaq əsas şərtdir. Bir nəfər xəstələndiyi təqdirdə yataq rejiminə keçməli, bol maye qəbul etməlidir. İstənilən halda təmasları azaltmaq lazımdır. Xəstə şəxs başqasını xəstələndirməməyə, sağlam şəxs isə özünü qorumağa çalışmalıdır. Bu şərtlərə riayət etməyi hər kəs özü üçün borc hesab etsə, düşünürəm, xəstələnmə sayı da az olar. İnsanların maarifləndirilməsinə ciddi fikir vermək lazımdır. Bunlar xəstələnməmək üçün şərtdir”.
- DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi
- Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı
- Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video
- Azərbaycanı Ukraynanın bərpası konfransında bu şəxs təmsil edəcək
- Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər
- Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?
- Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova
- Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi