Ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynovun həlak olması barədə məlumat yayılıb. Rəsmi açıqlamaya görə, əsgər odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib.
BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb və 2018-ci ildə məzun olub.
Camal Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə "Bravo" marketlər şəbəkəsində çalışıb.
Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib, onun bir bacısı olub.
Hadisə barədə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın