Azərbaycanın Avropa ölkələrindən birində fəaliyyət göstərən səfirliyində biabırçı hadisə baş verib. Etik baxımdan ölkənin adını yazmırıq. Azərbaycana dost ölkə sayılmır.
BUTA.TV xəbər verir ki, bu barədə Globalinfo.az diplomatik mənbələrdən məlumat əldə edib.
Belə ki, səfirliyin Rəhman adlı birinci katibi səfirliyin Qafqaz adlı müşaviri və səfir tərəfindən fiziki zorakılığa məruz qalıb. Yəni döyülüb.
Məsələ bununla da yekunlaşmır. Döyülən şəxs geri qaytarılıb. Hələ üstəlik onu işdən qovublar. Təsəvvür etmək belə çətindir. Diplomatik nümayəndəliyin birinci katibi vəzifəsini tutan şəxsi səfir və başqa əməkdaş döyür, bu azmış kimi, işdən çıxarılır. Belə çıxır, sözügedən səfirliyin öz ədalət prinsipləri və daxili “qanunları” var. Halbuki bu situasiyada döyən şəxs cəzalandırılmalıdır. Əksi baş verib.
Həmin səfir vaxtilə Azərbaycanda nəqliyyat sahəsində dövlət qurumunda çalışıb. Rüşvət qalmaqalına görə işdən qovulub. Bir müddət sonra Xarici İşlər Nazirliyinin təqdimatı ilə səfir vəzifəsinə təyin edilib.
Xatırladaq ki, indiyə kimi bir neçə səfirlikdə qalmaqallı hadisələr, qanunsuz fəaliyyət haqda mediada məlumatlar yayılıb. Onlardan biri Qətərdəki səfir Mahir Əliyev barədədir. M.Əliyevin eyş-işrət məclisləri, maliyyə yeyintiləri, sərgüzəştləri medianın müzakirə mövzusuna çevrilib. Hesablama Palatası və Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində səfirlikdə təqribən 300-400 min dollarlıq yeyinti aşkar olunub.
İraqdakı səfir Nəsir Məmmədovun qanunsuz əməlləri haqda da yazmışdıq. Onun viza alveri ilə məşğul olduğu və başqa qanunsuz əməlləri barədə məqalə dərc etmişdik. N.Məmmədov 2024-cü ilin dekabrın 16-da Prezidenti İlham Əliyev Sərəncam imzaladığı sərəncamla geri çağırıldı.
- Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş
- Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...
- SSRİ arxivində Zəngəzurla bağlı mühüm sənədlər - Video
- Dəhlizin bu görüntüləri Ermənistan ərazisindədir? - Video
- Əliyevdən Trampa: Bu xəbər bizi kədərləndirdi
- Azərbaycan XİN ABŞ-a başsağlığı verdi
- Ermənistanda skandal: Ağdərədə əsgərləri belə öldürüblər - Video/18+
- Bakı və İrəvana yardıma hazırıq: İşğalçı Rusiya...