Boksçunun Bakıya qarşı sözü onu bitirəcək - Mixaylov

11:04 - 11 Fevral 2025 - GÜNDƏM

 Boksçunun Bakıya qarşı sözü onu bitirəcək - Mixaylov

Hesab edirəm ki, həm Rusiyada, həm də Azərbaycanda dövlətin rəsmi mövqeyindən fərqli fikirlər söyləyən deputatlar var.

Bu sözləri BUTA.TV-a rusiyalı politoloq Yevgeni Mixaylov Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

“Nikolay Valuyevlə bağlı bircə onu deyə bilərəm ki, o, böyük ehtimalla belə yüksək rütbəyə yaraşmayan çıxışına görə diqqət çəkəcək və müvafiq tədbirlər görüləcək. Onun dediklərini birbaşa müzakirə etmək belə istəmirəm. Boksçu deputatlar belədir – nəyisə siyasi cəhətdən düzgün demək istəyir, amma həmişəki kimi çıxır. Məncə, Valuyev bir məsələdə haqlıdır. Dövlətlərarası münasibətlərdə asayişi bərpa etmək lazımdır. Amma bu qədər sərt və siyasi cəhətdən düzgün olmayan təqdimatda yanılır. Görünür, o, hər şeyi qızışdırmaq qərarına gəlib və Azərbaycana girişi qadağan edilib. Çətin ki, onu Rusiya deputatlarının növbəti tərkibində görək”, - o bildirib.

Mixaylov onu da qeyd edib ki, müəyyən qüvvələr Moskva ilə Bakı arasında dövlətlərarası münasibətləri pozmaq üçün AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti qəsdən gərginləşdirir:

“Azərbaycanda Rus Evinin bağlanmasına gəlincə, bu mənə də müəmmalı görünür. Bakıya gələndə məni ora dəvət etdilər və tədbirlərdə Azərbaycanda çoxlu tanınmış şəxslər iştirak edirdi. İstənilən halda başa düşmək lazımdır. Rusiya və Azərbaycanın ciddi müttəfiqlik öhdəlikləri var və həm təyyarə faciəsi, həm də “Rossotrudniçestvo” nümayəndəliyinin bağlanması ilə bağlı qarşılıqlı anlaşmada müvəqqəti çətinliklər yarandığı üçün heç kim onları pozmayacaq. Xalqımızı uzun bir ümumi tarix birləşdirir. Həm faşizmə qarşı birgə mübarizə, həm də SSRİ-nin dağılması zamanı qəfilətən soyuyan münasibət. İndi əslində yeni dünya düzəni gəlir və əminəm ki, münasibətlərimiz belə çətin vaxtlarda yalnız möhkəmlənəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol