Suriyada qısamüddətli, ciddi toqquşmalar baş verdi. Çox sayda mülki və silahsız insan öldürüldü. Onlar hər nə qədər “Əsəd qalığı” olaraq xarakterizə olunsa da, nəticə etibarilə mövcud hakimiyyətə qarşı müxaliflərdir.
Bu sözləri BUTA.TV-a türkiyəli hərbi ekspert Ünal Atabəy Suriyada baş verən son hadisələri şərh edərkən deyib.
Onun sözlərinə görə, bölgənin xarici qüvvələrdən dəstək aldığı məlum olarsa, hadisələr daha kritik bir yön alacaq:
“Şara hakimiyyətinə qarşı güvənsizliyin artdığı bölgədə insanlar birlikdə yaşamağın çətin olduğunu bildirir və təşkilatlanmağa çalışırlar. Hadisələrin gedişatına nəzər saldıqda, bölgəyə yeni silahların gətirildiyi aydın olur. Bu isə ələvi/nusayri icmasının xaricdən əhəmiyyətli silah, sursat və logistik dəstək aldığı ehtimallarını gücləndirir. Qarşıdakı günlərdə bu qarşıdurmaların daha da şiddətlənməsi bölgədəki silahlı qrupların xaricdən ciddi dəstək aldıqlarını göstərə bilər. Beynəlxalq ictimaiyyətin və regional güclərin hadisələrə necə reaksiya verəcəyi isə yaxın günlərdə aydın olacaq”.
Qeyd edək ki, Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar 6 martda başlayıb.
- Bakıda "qırmızı"da keçən sürücü qəza törətdi - Anbaan video
- Temperatur 18 dərəcəyə yüksələcək
- DTX Mehdiyevin evində nələr tapdı? - Şok video
- "Mehdiyev işi": Kərimli hakimiyyətə gəlsəydi...
- DTX Mehdiyevin xarici kəşfiyyatla danışığını yaydı - Şok video
- DTX Mehdiyev cinayəti haqda məlumat yaydı: Kimlərin adı var?
- Onların müavinəti tam şəkildə ödəniləcək
- "Pub"dan əxlaqsız video yayanlar həbs edildi