Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəlini prokurorluğun İstintaq İdarəsinə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə İctimai TV-yə prokurorluqdan bildirilib. Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib.
Bundan başqa, Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib.
Xatırladaq ki, Qabil Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Daha ətraflı videomateriallarda:
- İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi
- Azərbaycandan yeni partiya: 80 dram ucuz... - Papoyan
- ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək
- Hədəf İrandır, gerisayım başladı: Böyük fırtına yaxınlaşır
- Pəhləvi xalqa çağırış etdi, “test” başladı: bu gün və sabah...
- Əliyev bu məsələyə son qoymaq qərarına gəlib - Surenyants
- “Gürcü ssenarisi”: Ruben Bakıdadır, Karapetyan seçkiyə girir
- Prezidentin efir məkanı ilə bağlı çağırışı - İbrahimov