İrəvanda səfərdə olan İranın xarici işlər naziri Abbas Arakçı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Paşinyan görüş zamanı Arakçının İrəvana səfərini alqışlayıb və ona uğurlar arzulayıb.
Baş nazir İran rəsmisinə iki ölkə arasında münasibətlərin inkişafına dəstək verməsinə görə təşəkkür edib. Arakçı İran Prezidenti Məsud Pezeşkianın salamını Paşinyana çatdırıb. XİN başçısı regiondakı sərhədlərin toxunulmazlığını bir daha vurğulayıb.
Həmsöhbətlər Ermənistan və İran arasında iqtisadi sahədə, o cümlədən infrastruktur və enerji sahəsində yeni layihələrin həyata keçirilməsi, o cümlədən yüksək səviyyəli ikitərəfli səfərlərin təşkilinin vacibliyindən danışıblar.
Görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paşinyan Ermənistanın sülh gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu deyib. Arakçı prosesə İranın dəstəyini ifadə edib.
Baş nazir XİN rəhbərindən onun səmimi salamlarını İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə və İran Prezidenti Məsud Pezeşkiana çatdırmağı xahiş edib.
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?
- Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi
- Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir
- Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama
- İlham Əliyevin İrana səfəri planlaşdırılır
- Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım
- Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar