“Starlink” peyk internetinin Azərbaycan üçün aktiv edilməsi yaxşı xəbərdir, məni pozitiv mənada təəccübləndirən məsələ həm də qiymətlər oldu.
BUTA.TV xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda qiymətlər aşağıdır:
“Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün “Starlink Mini Kit” və ya “Starlink Standard Kit” cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib.
Gürcüstanda avadanlıq 1780 lari (1094 manat), çatdırılma 235 lari (145 manat), aylıq abunə haqqı isə 160 laridir (98 manat).
Ermənistanda cihazın özü və çatdırılması 499 dollar (848 manat), aylıq abunə haqqı 99 dollardır (168 manat)”, - Cəfərli qeyd edib.
- Göldən meyiti tapılan həkim şəhid qızı imiş - Foto
- Təkrar sertifikasiyadan kəsilən müəllimlərin nəzərinə!
- Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - Fotolar
- Tiflisdə öldürülən Fatimə ilə bağlı – Yeni detallar
- Əsgəran–Xocalı–Xankəndi yolu ilə bağlı rəsmi açıqlama
- Ehtiyatda olan mayor faciəvi şəkildə öldü - Foto
- Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
- Türkiyənin istirahət zonalarında iki böyük yanğın - Video