Ədalət Verdiyev həbsindən yazdı: Təcridxana rəhbərliyinə yazdım...

15:34 - 9 Aprel 2025 - GÜNDƏM

 Ədalət Verdiyev həbsindən yazdı: Təcridxana rəhbərliyinə yazdım...

Həbsdən azad olunan hərbi ekspert Ədalət Verdiyev həbs müddəti ilə bağlı açıqlama yayıb.

BUTA.TV xəbər verir ki, o, 7 apreldən azadlıqda olduğunu bildirib.

“İlk olaraq dövlətimizin memarı olan Ulu Öndərimizi və qəhrəman şəhidlərimizi ziyarət etdim. Allah hamısına rəhmət eləsin!

Həbs müddətində isə müzəffər Ali Başa Komandamıza, qalib Vətənimizə və möhtəşəm Qələbəmizə xidmət etmək üçün əlimdən gələni etməyə çalışdım. Təcridxanada azadlıqda kimi oldum. Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim. Bu faktları orada saxlanılan onlarla şəxs və rəhbərlik də təsdiq edə bilər. Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar, buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm.

Çox sayda tanıdığım və tanımadığım insan sosial şəbəkələrdə mənə dəstək verdilər, çox sayda qohum və dost daim ailəmin yanında oldu. Hər birinizdən Allah razı olsun.

Bir daha millətimizin nə qədər qədirbilən, mərhəmətli, xeyirxah olduğuna, ailə dəyərlərinə sadiqliyinə əmin oldum.

Əslində həbsxana həyatı da kişilər üçün bir məktəbdir. Çox insanla təmasda oldum, çox kitab oxudum, ətrafıma qələbəmizin əhəmiyyəti barədə geniş məlumatlar təqdim etdim. Az sonra ətrafimda kitab oxuyanların və yerli KİV-ləri izləyənlərin sayı artdı, bu insanlar qələbəmizin davamını gözləməyə başladılar. Prezidentimizə tam dəstək verən insanlar Komandanımızın əfv və amnistiya qərarlarını səbirsizliklə gözləyirlər. İctimai fikrə təsir etmək imkanımdan maksimum istifadə edərək insanlara doğru məsləhət verməyə çalışırdım, onları bundan sonra səhv addımlardan kənar olmağa dəvət edirdim. Bundan sonra da dövlətimiz naminə eyni istiqamətdə fəaliyyətlərimi davam etdirəcəm.

Bu gün bir daha bildirirəm ki, heç bir anlaşılmazlıq, məhdudiyyət və ya həbs mənim dövlət, bayraq və Vətən sevgimə mənfi təsir edə bilməz. Uca Tanrı müzəffər Ali Baş Komandanımızı, qalib dövlətimizi, qəhrəman əsgərimizi, üçrəngli bayrağımızı və mərd xalqımızı qorusun!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol