Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərində baş verib. Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.
Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.
Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb, küçədə yenidən dalaşmağa başlayıblar.
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
Bu zaman Araz Musayevi güdən biri qəfildən, Musayevin başı söhbətə qarışıq olarkən onu kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Hazırda Araz Musayevin səhhəti stabil ağır qiymətləndirilir.
- “Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
- DÇ-2026: Braziliya və Türkiyənin növbəti oyunu...
- Həftəsonu 365 nəfər təkrar imtahan verəcək
- Bir araya gəldilər, bircə onu çağırmadılar - Fotolar
- DÇ matçında futbolçunun ayağı sındı - Dəhşətli anlar - Video
- Atalarının izi ilə gedən 3 oğul 32 il sonra eyni anda meydana çıxdı - Foto
- Bakı, Salyan və Masallının bu ərazilərində işıq olmayacaq
- Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur