Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Haberturk TV” məlumat yayıb.
Kanalın yaydığı məlumata görə, üçü özbək, ikisi Azərbaycan vətəndaşı olan beş nəfər saxlanılıb. Onlar hadisəni törətdikdən sonra bərbərə gedərək, saçlarını kəsdirib, paltarlarını dəyişsələr də, Türkiyə polisi onları Antalya aeroportunda saxlayıb. Şübhəli şəxslərdən biri Rusiyaya qaçmağa müvəffəq olsa da, Türkiyənin qarşı tərəfə məlumat verməsi ilə təyyarədən düşən kimi saxlanılıb. Hazırda həmin şəxsin Türkiyəyə ekstradisiya olunması ilə bağlı zəruri prosedurlar həyata keçirilir.
Saxlanılan şəxslərdən birinin Azərbaycan milli komandasının baş məşqçisi olduğu bildirilir.
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
Məlumata görə, söhbət Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan gedir.
Qeyd edək ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev may ayının 28-də Antalyada keçirilən dünya çempionatı zamanı iki nəfərin hücumuna məruz qalıb. O, boynundan və qarnından bıçaqlanmışdı. Əməliyyatdan sonra palataya köçürülən federasiya prezidentinin vəziyyəti stabil qiymətləndirilir.
- Bir araya gəldilər, bircə onu çağırmadılar - Fotolar
- DÇ matçında futbolçunun ayağı sındı - Dəhşətli anlar - Video
- Atalarının izi ilə gedən 3 oğul 32 il sonra eyni anda meydana çıxdı - Foto
- Bakı, Salyan və Masallının bu ərazilərində işıq olmayacaq
- Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
- Prezidentin sosial media hesablarında İİB ilə bağlı paylaşım - Video
- AZAL-ın bu uçuşları ləğv olundu - Səbəb havadır
- Prezident işsizlik səviyyəsindən danışdı - Diqqət mərkəzində olacaq