20:34
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat məhkəməyə daxil olub.
Teleqraf xəbər verir ki, təqdimata Səbail Rayon Məhkəməsində baxılacaq.
Təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə yaxın saatlarda qərar açıqlayacaq.
Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstənin 8 üzvü məhkəməyə gətirilib.
Bir azdan Səbail Rayon Məhkəməsində onlar barədə təqdimata baxılacaq.
Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən bu şəxslər Rusiya vətəndaşlarıdır.
***
Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunan Rusiya vətəndaşlarından ibarət cinayətkar dəstə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılır.
Proses Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən məhkəmə hazırda fasiləyə gedib.
Fasilədən sonra hökm oxunacaq.
Dəstə üzvlərinin barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.
Qeyd edək ki, 8 nəfər Rusiya vətəndaşından ibarət cinayətkar dəstə İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinirlər.
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə iki nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 6 nəfərin məhkəməsi davam edəcək.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
Səbail Rayon Məhkəməsində Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə daha 2 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin daha 4 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.
Səbail Rayon Məhkəməsində hakimlər Ülviyyə Şükürova, Rəna Qafarova və Şəhla Süleymanovanın sədrliyi ilə ittiham tərəfinin təqdimatına baxılıb.
Məhkəmənin qərarına əsasən, dəstənin ümumilikdə 8 üzvünün hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər şəxs Rusiya vətəndaşlarıdır.
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...
- Prezident Süleyman Mikayılovu buna görə işdən azad edib