Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ Evdə keçirilən üçtərəfli görüşünün nəticələrini alqışlayıb.
BUTA.TV xəbər verir ki, ŞKTC rəhbərinin saytında yerləşdirilən bəyanatda Vaşinqtonda aparılan danışıqların əhəmiyyəti vurğulanıb.
“Azərbaycan və Ermənistanın həqiqətən də tarixi olan Birgə Bəyannaməsi suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətə, düşmənçilikdən əl çəkməyə, xalqlar arasında etimad mühitinin formalaşmasına, diplomatik və ticarət əlaqələrinin qurulmasına əsaslanan sülh mərhələsinə yol açır”, - Tatar qeyd edib.
ŞKTC Prezidenti bu mühüm addıma görə Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın bu prosesdə göstərdiyi siyasi iradəyə müsbət qiymət verib.
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
Şimali Kiprin lideri Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında rabitənin bərpası məsələsinə xüsusi diqqət yetirib.
“Birgə Bəyannamədə öz əksini tapmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi regionun iqtisadi inkişafı üçün stimul olacaq”, - deyə E.Tatarın bəyanatında vurğulanıb.
Siyasətçi ABŞ-ın Azərbaycanla bağlı məhdudiyyətləri aradan qaldırmasının vacibliyinə də toxunaraq qeyd edib ki, Vaşinqtonun bu addımı həm Azərbaycan-Amerika münasibətləri, həm də Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. O əlavə edib:
“Qarşılıqlı hörmət və bərabərliyə əsaslanan əməkdaşlıq, şübhəsiz ki, uzunmüddətli sülhün və sabitliyin qorunmasının açarıdır”.
Bəyanatın sonunda dövlət başçısı “əziz dostu, Azərbaycan Prezidenti İlham Əliyevi, eləcə də Ermənistanı tarixi addıma görə” bir daha təbrik edib.
“Ümidvaram ki, Birgə Bəyannamə regionda sülh və firavanlıq üçün güclü zəmin yaradacaq”, - deyə Şimali Kiprin lideri sözlərinə yekun vurub.
- Malıbəyli və Quşçular qətliamından 34 il ötür
- Qurban Qurbanovun qızının toyudur - Video
- Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanıldı
- Bu ərazilərdə qaz olmayacaq
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video