Rusiya ordusu Kremlin təlimatıyla Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini hədəf alıb. Əvvəlcə Azərbaycan qazını Ukraynaya nəql edən boru xəttinə, bir neçə gün sonra isə Dövlət Neft Şirkətinin Odessa şəhərindəki yanacaq mərkəzinə raket zərbələri endirdilər. Bununla Kreml Azərbaycanla onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Dövlət Neft Şirkətinin xarici ölkədəki yanacaq mərkəzinə zərbə endirmək və orada çalışan insanlara zərər yetirmək faktiki Azərbaycanı hədəf almaq deməkdir. Buna görə də rəsmi Bakı adekvat addımlar barədə düşünmək məcburiyyətindədir. Belə vəziyyətdə Azərbaycanın Ukraynaya silah satışına embarqonu qaldıra biləcəyi anonsunun verilməsi tam yerindədir”, - o bildirib.
Qeyd edək ki, Caliber.az Rusiyanın Azərbaycanın maraqlarına zərbələrinin davam edəcəyi halda rəsmi Bakının Ukraynaya silah ixracı embarqosunu aradan qaldırmaq üçün müzakirə başladacağı haqda mənbələrə istinadla məlumat yayıb.
- Baş Ələt stansiyasının yolları yenidən qurulur
- Telefon qadağası müəllimlərə də şamil edilməlidir - Ekspert
- Peskov: Rusiya xaricdən yanacaq alacaq
- İslahatlar sosial müdafiə xidmətlərini daha əlçatan edib
- Prezident DTX-yə yeni səlahiyyət verdi
- DİM bu imtahanın nəticələrini elan etdi
- Bu məhsulların ölkəyə girişinə - Qadağa qoyulur
- İlham Əliyev fərman imzaladı