Məncə, saziş və bəyannamənin İran və Rusiya üçün çox ciddi faydaları var. Bu saziş həyata keçirildikdə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış əldə edəcək. Rusiya və İran iki ölkə arasında dəmir yolu əlaqəsi yarada biləcək.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda Azərbaycan və ölkəsi arasında imzalanan və paraflanan sənədlərlə bağlı “Fox Nyus” telekanalına müsahibəsində deyib.
Baş nazir regionda kommunikasiyaların və ya nəqliyyat dəhlizlərinin açılmasının hər kəs üçün faydalı olacağını bildirib:
“Demək istədiyim odur ki, əgər biz bu sazişin iqtisadi tərəfinə diqqət yetirsək, o zaman təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya və İran çox mühüm və hiss olunan, görünməmiş faydalar əldə edəcək. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Ona görə də mən bunu beynəlxalq sabitlik və təhlükəsizlik çərçivəsində bütün ölkələrə, o cümlədən bütün beynəlxalq ictimaiyyətə əhəmiyyətli faydalar gətirə biləcək çox mühüm saziş hesab edirəm”.
- ABB-nin dəstəyi: Süni intellekt mövzusunda elmi konfrans...
- Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur
- Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
- İlham Əliyev fərman imzaladı
- Akademikin yanlışı: Qədim əlyazma ilə necə davranmalıdır?
- İtkin şəxslərin axtarışı üçün yeraltı radarlar alınacaq
- “Universitet mənim üçün çox da vacib deyil...” - Videomüsahibə
- Ərzaq bazarında təhlükə siqnalı: Yeni qiymət artımları gözlənilir