İranın xarici işlər naziri Seyid Abbas Arakçı İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri öncəsi münasibətlərdə yeni səhifə açmağa hazır olduqlarına dair mesaj verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Arakçı iki ölkənin münasibətlərinə dair dərc etdiyi məqalədə bildirib ki, İranda uzun illər erməni icmasının mövcudluğu və İranla Ermənistanın bir-birinə bağlı tarixi iki xalqın birgə yaşayışının zəngin təzahürüdür:
“İran və Ermənistan arasındakı həmrəylik bu gün İranda inkişaf edən erməni icması vasitəsilə davam edir. Ölkənin ən böyük dini azlığı olan İran erməniləri parlamentdə təmsil olunmaqdan tutmuş kilsə və təşkilatları vasitəsilə mədəniyyətin qorunmasına qədər İranın ictimai həyatının bütün sahələrində fəal iştirak edirlər. Bu vəziyyət İranın dini müxtəlifliyə olan hörmətinin göstəricisidir.
Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO
Tehran və İrəvan arasındakı iqtisadi və regional əməkdaşlığı tamamlayan tarixi və mədəni ortaq bağlar mövcuddur. İnanırıq ki, bu ölkə üçün də parlaq bir gələcək yaradacaq.
Qlobal qeyri-müəyyənlik və regional hadisələrin baş verdiyi bir şəraitdə İran və Ermənistanın maraqları getdikcə daha yaxınlaşır”.
Sonda Arakçı İranın və Ermənistanın münasibətlərdə yeni bir səhifə açmağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, avqustun 18-i İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək.
- Bunlar telefonunuzun tez sıradan çıxmasına səbəb ola bilər
- Ölkənin bəzi ərazilərində işıq olmayacaq
- Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - Video
- DSX generalın vəfatı ilə əlaqədar başsağlığı verdi
- Bir neçə gün əvvəl vəzifə verilmişdi - Vəfat etdi
- 8 aydır vəziyyət belədir... - Video
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir