Ermənistan Baş naziri Nikol Paşinyan bu gün ölkənin Müstəqillik Bəyannaməsi haqqında danışarkən, ölkəsi və Azərbaycan arasında Qarabağ üzərində yaranmış münaqişə barədə bir sıra etiraflar edib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants bildirib.
Ekspert baş nazirin məsələ ilə əlaqədar üç etirafına diqqət çəkib:
“Nikol bəyannaməni dövlətçilik ideyası ilə müqayisə elədi. Onun SSRİ-nin onilliklər boyu ermənilərin beyinlərinə yeritdiyi sosial-psixoloji ideya nəticəsində formalaşan (separatçı) “Qarabağ” hərəkatının təsiri altında yarandığını bildirdi. Beləliklə, müstəqilliyin əsasının xalqımızın azadlıq iradəsi yox, Moskvanın düşünülmüş planı olduğunu bəyan elədi.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Paşinyan “Qarabağ” hərəkatının SSRİ-nin təhrik etdiyi layihə olduğuna eyham vurdu. Onun fikrincə, SSRİ kitablar, filmlər və tamaşaları ilə bizə “nümunəvi vətənpərvərlik” aşılayıb, bu da hərəkat və bəyannamənin ortaya çıxmasına səbəb olub. Paşinyana görə, “Qarabağ” hərəkatı SSRİ-nin planlaşdırılmış oyunu idi.
Həmçinin baş nazir etiraf etdi ki, 44 günlük müharibənin qarşısını ala bilərdi, amma bunu etməyib. Onun sözlərinə görə, müharibədən qaçmağın yeganə yolu kompromisə getmək idi, amma o, müharibənin kompromisdən daha az müstəqilliyi təhdid etdiyini deyərək, bu yoldan imtina edib”.
Surenyants Paşinyanın etiraflarını Ermənistan üçün “təhlükəli” adlandırıb.
- Qarabağla bağlı yeni fond yaradılır
- "Birbank"dan taksit kart: İlk taksit ödənişinizə 50 bonus...
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...
- İyulun ilk günü hava necə olacaq?
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...
- Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir