Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malik olduğunu bildirib. Dövlət başçısı əlavə edib ki, Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub: “Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib”. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
“Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstəliyir.
Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə isə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir.
Qubada tullantılar sanitariya qaydalarına zidd daşınır: araşdırma tələb olunur - VİDEO
Yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional orta güc dövlətinə çevirib.
Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.
Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhvə verə bilir. Bu Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geosiyasi mövqeyini daha da gücləndirir”, - Bayramov bildirib.
- Bunlar telefonunuzun tez sıradan çıxmasına səbəb ola bilər
- Ölkənin bəzi ərazilərində işıq olmayacaq
- Milli Qəhrəman Şükür Həmidovun qızının toyudur - Video
- DSX generalın vəfatı ilə əlaqədar başsağlığı verdi
- Bir neçə gün əvvəl vəzifə verilmişdi - Vəfat etdi
- 8 aydır vəziyyət belədir... - Video
- “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
- Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir