Bu gün Çində baş tutan sammit, görüşlərin və müzakirələrin səviyyəsi, verilən bəyanatlar, açıqlamalar bir daha onu sübut etdi ki, Qərb, əsasən də Avropa öz hegemonluğunu, mənəvi, maddi, texnoloji və elmi üstünlüyünü itirir.
BUTA.TV xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, bunun günahı Qərbin özündədir - son 30 ildə Avropa “SSRİ-ləşdikcə”, Çin, Hindistan, İndoneziya, Vyetnam və s. ölkələr iqtisadi anlamda “qərbləşdilər” və bu proses orqanik, təbii, Qərbin səhvlərini təkrar etmədən baş verdi:
“AB ölkələri, Avropa aşırı tənzimləmə qanunları, iqtisadiyyatda maneələr yaratmaqla öz üstünlüyünü xərcləyib-bitirdi. Bu gün, məsələn, Avropada tikintiyə icazə aylar çəkir, Çində 3 günə həll olunur; bu gün Avropada restoran açmaq üçün əvvəl milli qanunvericilikdəki maneələri, sonra da AB-nin requlyativ, tənzimləyici məhdudiyyətlərini aşmaq lazım olur, amma, məsələn, Laosda bu məsələ 1 günə həllini tapır; bu gün Avropa ölkələri turizmlə mübarizə aparır, hər gün daha çox məhdudiyyət qoyur, amma, məsələn, Səudiyyə Ərəbistanı kimi qapalı ölkə qapılarını turistlər üçün daha çox açır, Laos, Kampuçiya, İndoneziya kimi ölkələr daha çox turist qəbulu üçün qaydaları sadələşdirirlər.
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
Bu gün Avropa iqtisadiyyatı daralır, Şərqdə, Sakit okean hövzəsində yerləşən ölkələrdə iqtisadi artımin tempi göz qamaşdırır. Bu gün Avropa təhsil və elmi SSRİ-də olduğu kimi “ideologiyalaşdırır”, ancaq “sol, pvesdo-liberal” mövzular önə çəkilir, elmi araşdırmalara ideoloji “gözlə” baxırlar (necə ki, SSRİ kibernetika və genetikanı ideoloji səbəblərdən məhdudlaşdırır, elmə “sosializm” pəncərəsindən baxırdı), Çin, Hindistan isə elmi acgözlüklə mənimsəyir və təhsilə ciddi önəm verirlər - heç də təsadüfi deyil ki, dünyada riyaziyyat, fizika və kimya olimpiadalarını çinlilər udmağa başlayıblar.
Qərbin ümidi yenə ABŞ-dır – Amerika öz köklərinə, öz inkişaf instinktlərinə geri dönərək iqtisadi AZADLIQLARI önə çəkə bilsə, Qərb sivilizasiyası üçün yeni şans doğacaq”.
Ekspert xəbərdarlıq edib ki, Azərbaycan da Avropanın səhvlərini təkrarlamamalı, aşırı tənzimləmə qanunlarından yaxa qurtarmalıdır:
“İqtisadi azadlıqlar, təşəbbüskarlıq, biznes üçün ədalətli şərait olmazsa-olmazdır, ölkəmizin inkişafı və rifahı üçün ədalətli, kiçik və effektiv hökumət modelinə keçid mütləqdir!”
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi