Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

16:08 - 2 Sentyabr 2025 - GÜNDƏM

 Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

Çində “ŞƏT plyus” formatında keçirilən görüşdə Əliyevlə Paşinyanın fikirləri toqquşub.

Prezident İlham Əliyev çıxışı zamanı Zəngəzur dəhlizinin Avrasiyanın nəqliyyat şəbəkəsi üçün əhəmiyyətindən danışıb. Bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Əliyevin Zəngəzur dəhlizi ifadəsi Paşinyanı narahat edib. Erməni baş nazir deyib ki, Azərbaycan Prezidentinin işlətdiyi ritorika Vaşinqtonda əldə olunan razılaşmaların məntiqinə uyğun deyil. O, ABŞ-da əldə olunan razılaşmanın “Trampın Sülh və Rifah Marşrutu” adlandırıldığını və bu addan istifadə edilməsinin konstruktiv atmosferə töhfə verəcəyni bildirib.

Vaşinqton razılaşmasında əks olunan “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı” TRİPP adlandırılsa da, bu, mahiyyət etibarilə rəsmi Bakının beynəlxalq leksikona daxil etdiyi Zəngəzur dəhlizidir. Əliyev də məhz bu leksikondan çıxış edir. Və Azərbaycan Prezidentinin ŞƏT-də Zəngəzur dəhlizi ifadəsini işlətməsinin hədəfləri də var.

Bu xəbər hal-hazırda çox oxunur
Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

Çində “Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək” layihənin Vaşinqton razılaşmasına əsasən TRİPP adlandırılması diplomatik diletantlıq olardı. Çünki TRİPP ABŞ-ın “Bir kəmər, bir yol” layihəsinin önündə güclənməsi deməkdir və bu, Pekinin Orta dəhlizə diqqətini azalda bilər. Azərbaycan bu perspektivin qarşısını almaq niyyətindədir. Əliyevin Zəngəzur dəhlizi ifadəsi, bunun Orta dəhliz, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizinin seqmenti olduğunu vurğulaması Pekinə və ŞƏT üzvlərinə ünvanlanmış mesajdır: razılaşma Vaşinqtonda olsa da, yola ABŞ nəzarət etsə də, bu, Bakının təşəbbüskarı olduğu Zəngəzur dəhlizidir və Azərbaycan bu nəqliyyat seqmentində Çinlə, eləcə də Şimal-Cənub dəhlizində yer alan ŞƏT üzvləri ilə əməkdaşlığa hazırdır;

Əliyev Paşinyandan fərqli olaraq, “böyük oynayır”. Erməni baş nazirin Azərbaycan Prezidentinə “düzəliş” etmək cəhdi daxili siyasətdə “əlini gücləndirmək” məqsədi daşıyır. Cavab verməsəydi müxalifət Zəngəzur dəhlizi ifadəsinə görə onu ittiham edəcəkdi. Nikol cavab verdi, əvəzində isə Pekinin marağını itirmək riski ilə üzləşir. Paşinyanın bunu anladığını demək çətindir, əks təqdirdə, Çində ABŞ razılaşmasına xüsusi diqqət çəkməzdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol