Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants – Foto

16:44 - 3 Sentyabr 2025 - GÜNDƏM

 Bir hissəsi Azərbaycan ərazisinə düşən Kirants – Foto

Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsindəki Kirants erməni kəndindən delimitasiyadan sonra yeni reportaj yayılıb.

BUTA.TV xəbər verir ki, “Deutsche Welle”nin paylaşdığı reportajda kəndin Azərbaycanla sərhədinə yeni divar inşa edildiyi görünür. Həmçinin yeni yol da çəkilib.

Qeyd olunub ki, bu divar 2019-cu ildə dizayn edilmiş və müharibədən sonra istifadəyə verilmiş yerli məktəbdən cəmi bir neçə metr aralıda yerləşir:

“Yerli sakinlər, o cümlədən Kirants kənd məktəbinin direktoru Vladimir Babinyan üçün yeni reallığa uyğunlaşma prosesi asan olmayıb. O, etiraf edib ki, bir çoxları kimi o da həyatının “divar arxasında” qalmasına alışmaqda çətinlik çəksə də, bunun sülh naminə lazım olduğunu başa düşür. Babinyan vurğulayıb ki, sülh ilk növbədə sərhədyanı kəndlərdə dəyərləndirilir, çünki münaqişə qızışdıqda ilk hədəf onlar olur. Babinyan yeni sərhəd mövzusuna yumorla yanaşıb. Divarın yanında oynayan uşaqlar təsadüfən topu Azərbaycan tərəfə atsalar, nə baş verəcəyini soruşduqda o, belə cavab verib: “Belə olan halda, topun onların (Azərbaycan) tərəfində olduğunu deyəcəyik”.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyevlə Putin belə salamlaşdı - Video

Kənd sakinlərinin sözlərinə görə, delimitasiyadan sonra kənddə bir dəfə də olsun atəş açılmayıb. 70-ə yaxın evin olduğu kənddə dövlət dəstəyi proqramları çərçivəsində son iki ildə 53 yeni ev tikilib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol