Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəyə təhvil verilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
Ekspert bildirib ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq xəttin dəhliz statusunda olmayacağını iddia etsə də, Vaşinqton, Bakı və Ankaradan gələn mesajlar bunun əksini göstərir:
“ABŞ Prezidenti Donald Tramp dəhlizdən danışır, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəhlizdən danışır, bir sözlə, hamı dəhlizdən danışır. Ermənistan hakimiyyəti isə israrla bunun əksini söyləməkdə davam edir. Sərhəddə sənədlər və pasportlara kim möhür vuracaq? Onlardan (İrəvandan) bu suala heç vaxt cavab eşitməyəcəyik.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Əslində, hər şey göz qabağındadır: baş verənlərə baxsaq görərik ki, Ermənistan hakimiyyəti Ermənistana daxil olan və ya tərk edən azərbaycanlıları yoxlamayacaq. Onlar bu barədə amerikalılardan məlumat alacaqlar”.
Abovyan qeyd edib ki, Zəngəzur dəhlizindən keçəcək Azərbaycan yükləri və sərnişinləri birbaşa nəzarətə tabe olmayacaq:
“Bunun əksini sübut edə bilmirlər. Buna görə də soyuq su için və rahatlayın: dəhliz təhvil verilib”.
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...
- İyulun ilk günü hava necə olacaq?
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...
- Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir
- Provayderlər necə fəaliyyət göstərəcək? – Yeni qanun
- Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
- Bakıda bu marşrutlar saatlarla gəlmədi – Səbəb