Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milli, irqi, dini və vətəndaşlığına görə heç bir bölgü olmadan hər kəsə şamil edilir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentdə “Ermənistan” müxalifət blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.
Xamoyan kommunikasiyaların açılması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub: “Məsələn, onların pasportları yoxlanılacaqmı, məsələn, Ermənistan Respublikası ərazisində cinayət törətsələr, saxlanılıb mühakimə olunacaqlarmı?”
Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının yurisdiksiyası hamıya eyni dərəcədə şamil edilən dövlət prinsipidir.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
Eyni zamanda, baş nazir Ermənistanın müasir texnologiyalar və mexanizmləri mənimsəməyə çalışdığını vurğulayıb, xüsusilə, sərhədləri keçmək məsələsində:
“Onlar adi rejimdə oxuma cihazlarından istifadə etməklə pasport nəzarətini təmin edirlər. Yəni insanların iştirakı olmadan. Sərhədçilər yalnız şübhəli şəxslər aşkar edildikdə müdaxilə edirlər”.
Baş nazirin sözlərinə görə, hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində - Gürcüstan, İran, Türkiyə və Azərbaycan - istifadə etmək niyyətindədir: onlardan hava limanlarında da istifadə olunacaq.
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək