“Tramp yolu” (və ya Zəngəzur dəhlizi) Ermənistan üçün blokadanın aradan qaldırılmasını və Azərbaycan üçün Ermənistan ərazisindən yolun açılmasını nəzərdə tutur.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan ərazisindən keçən bir kəməri düşünün, onun hara getməsinin fərqi yoxdur. Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün bir amildirmi? Əlbəttə, amildir. Bu amilin olmaması problemə yol açır. Ona görə də “Tramp yolu” proqramı belə amillərdən biridir.
Təhlükəsizliyin qarantiyası varmı? Bəli, belə bir təminat var və bu sülhdür. Sülhdən başqa təhlükəsizliyə zəmanət ola bilməz”, - o qeyd edib.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Paşinyanın fikrincə, sülhə nail olmaq və inkişaf etdirmək müəyyən taktika və strategiyalar tələb edir:
“Elə məsələlər var ki, onlar çox həssasdır. Məsələn, bizim ilk dövrümüzdə belə bir təsəvvür yaranmışdı ki, sülhə nail olmaq üçün həddindən artıq həssas məsələləri həll etməliyik. Sonra anladıq ki, bu taktikanı qəbul etsək, heç vaxt sülhə nail ola bilməyəcəyik”.
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu
- Bu nəticələr narahatedicidir - Nazir
- Özünün və bacısının mənzilləri söküldü, ev verilmədi - Video
- 20 min müəllim... – Nazirdən şad xəbər
- Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq - Nazir
- Sabahdan bəzi lampaların satışı qadağan edilir
- Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...