Rusiya aparılan təmir işləri ilə əlaqədar sentyabrın 16-dan etibarən Ermənistana təbii qazın nəqlini müvəqqəti dayandırıacaq.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Qazprom”un törəmə şirkəti “Qazprom Ermənistan” QSC-nin mətbuat xidməti öz Teleqram kanalında məlumat yayıb.
Şimali Qafqaz - Zaqafqaziya magistral qaz kəmərində (DN 1400) təmir işləri sentyabrın 16-sı saat 09:00-dan 26-sı səhər saat 09:00-dək aparılacaq.
“Qazprom Ermənistan” açıqlayıb ki, göstərilən müddət ərzində Ermənistanda istehlakçılara qazın tədarükü daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz hesabına həyata keçiriləcək.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Ümumi uzunluğu 612 kilometr olan Şimali Qafqaz-Zaqafqaziya qaz kəməri Gürcüstan ərazisindən keçməklə Rusiyadan Ermənistana keçir. Kəmər 1988-ci ildə tikilib. Qaz kəmərinin layihə gücü ildə 1,8 milyard kubmetrdir.
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu
- Bu nəticələr narahatedicidir - Nazir
- Özünün və bacısının mənzilləri söküldü, ev verilmədi - Video
- 20 min müəllim... – Nazirdən şad xəbər
- Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq - Nazir
- Sabahdan bəzi lampaların satışı qadağan edilir
- Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...