Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxış edib.
BUTA.TV Azərbaycan XİN-ə istinadən xəbər verir ki, çıxışda Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib.
Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması xüsusunda Qətərin vasitəçilik səyləri yüksək qiymətləndirilib, tərəflər arasında danışıqların bərpasının və daimi atəşkəsə nail olunmasının zəruriliyi vurğulanıb.
Ümumilikdə Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən "iki dövlət" prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.
Bu çərçivədə, Azərbaycanın qardaş Fələstin xalqına öncəki illər ərzində dəstəyinin davamı olaraq, eskalasiyanın başladığı 2023-cü ildən etibarən 2 milyon ABŞ dolları həcmində humanitar yardımın ayrıldığı bildirilib. Bundan əlavə, ölkəmiz tərəfindən Fələstinə təhsil və səhiyyə sahələri üzrə dəstək layihələrinin həyata keçirildiyi çıxışda qeyd olunub.
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
- Büdcə ilə bağlı qanun layihəsi III oxunuşda qəbul olundu
- Bu nəticələr narahatedicidir - Nazir
- Özünün və bacısının mənzilləri söküldü, ev verilmədi - Video
- 20 min müəllim... – Nazirdən şad xəbər
- Tamștatlı müəllimlər sertifikasiya olunmayacaq - Nazir
- Sabahdan bəzi lampaların satışı qadağan edilir
- Nazir müəllimlərin maaşından danışdı: 4 dəfəyə qədər artım...