Quru sərhədlərin açılması barədə vacib açıqlama

16:54 - 18 Sentyabr 2025 - GÜNDƏM

 Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sərhədlərin açılması ilə bağlı danışıqlar aparılır.

BUTA.TV xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Ərdəbilə səfəri zamanı deyib.

Səfir bildirib ki, ən mühüm mövzulardan biri də iki ölkə arasında sərhəd keçid məntəqələrinin yenidən açılması və nəqliyyat axınının bərpasıdır. Səfir bu məsələnin hər iki xalq üçün böyük əhəmiyyət daşıdığını deyib:

“Sərhəd nəqliyyatı və rahat keçid şəraiti hər iki ölkənin vətəndaşlarının rifahı üçün vacibdir. Sərhədlərin açılması, gediş-gəlişin asanlaşdırılması İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına və daha da möhkəmlənməsinə səbəb olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol