İyunun 1-dən etibarən Dənizkənarı Milli Parkda növbəti irimiqyaslı festivala start verilir.
BUTA.TV xəbər verir ki, Bakı Bulvarının ənənəvi yarmarka məkanı bu dəfə “CandyFest” yay festivalı üçün xüsusi olaraq hazırlanıb.
Belə ki, bugündən etibarən “CandyFest” də rəngarəng dizayna malik satış köşklərində müxtəlif təamlar, əyləncə və oyunlar, canlı tamaşalar və s. iyul ayının sonunadək ziyarətçilərə təqdim olunacaq.
Məlumata görə, hər gün saat 17:00-dan 19:00-dək uşaqlar üçün maraqlı tamaşalar, interaktiv oyunlar və müxtəlif əyləncə proqramları təşkil ediləcək.
Bundan əlavə, “CandyFest”də əsas diqqət çəkən məqamlarından biri də 1500 nəfərlik açıq hava amfiteatrıdır. Burada ilk dəfə olaraq ziyarətçilərə su sirki və şoular təqdim olunacaq. Belə ki, proqram hər gün saat 20:30-da başlayacaq və 75 dəqiqə davam edəcək. Saat 23:00-dan etibarən isə su sirki böyüklər üçün xüsusi musiqili proqramlarla davam edəcək.
Qeyd edək ki, festivala giriş sərbəstdir. Axşam saatlarında açıq hava amfiteatrında keçirilən su sirki şoularına isə biletləri iticket.az və şəhərin kassalarından əldə etmək mümkündür.
- Prezident “Metsamor” təhlükəsindən danışdı - “Gec-tez bağlanmalıdır” - Video
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq