Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan BUTA.TV-a bildirilib ki, Günəş fəallığı zəif olub, çox az sayda alışma qeydə alınıb. Yerə təsir edə biləcək Tac Kütlə Atılmaları (TKA) və II tip radioemissiyalar müşahidə edilib. Günəş səthində 9 ləkə qrupunda 110 ləkə və tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmayıb. 2 MeV-dən böyük enerjili elektron seli orta və yüksək səviyyədə, 10 MeV-dən böyük enerjili proton seli isə S1 (23 pfu) səviyyəsinədək yüksəlib.
Günəş küləyinin maksimal sürəti 566 km/san olub. Geomaqnit sahəsi əsasən sakit və aktiv səviyyələr arasında dəyişib. İyunun 1–7 tarixləri üçün proqnoza əsasən, C sinif alışmanın başvermə ehtimalı 90 faiz, M (R1–R2) sinif alışmanın 25 faiz, X (R3) sinif alışmanın isə 5 faizdir.
Elektron selinin orta və yüksək səviyyədə, proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Mayın son günlərində baş vermiş TKA-nın təsiri ilə Günəş küləyinin yenidən normadan yüksək olacağı proqnozlaşdırılır.
Avroraların müşahidə ehtimalı yüksək geomaqnit enliklərdə 15–40 faiz, orta enliklərdə isə 1–30 faizdir.
Mənfi qütblü tac dəliyi axınları və TKA-ların təsiri ilə 2–3 iyun tarixlərində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.
- Prezident “Metsamor” təhlükəsindən danışdı - “Gec-tez bağlanmalıdır” - Video
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq