Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2025-cü il üzrə maliyyə hesabatını təqdim edib.
Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 83.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2024-cü ildə bu göstərici 70.3 milyon manat olub.
2025-ci ildə “Azərlotereya”nın satışdan gəlirləri 373,70 milyon manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş fondunda artım müşahidə olunub. Bununla yanaşı, şirkətin xalis mənfəəti 73,9 milyon manat təşkil edib.
2025-ci il ərzində şirkət 4,8 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 44,6 milyon manatdan 49,4 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2025-ci ilin sonu cəmi aktivləri 130,4 milyon manat təşkil edib. Şirkətin 2024-cü ilin sonunda cəmi aktivləri 115,1 milyon manat olub.
“Azərlotereya”nın cəmi kapitalı 31 faiz artaraq 50,7 milyon manata çatıb. Hesabatla daha ətraflı “Azərlotereya”nın ReportController/documents/lg/k8/EK/RT/signed_fs_-_azerlotereya_2025_-_aze.pdf">saytından tanış ola bilərsiniz.
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri