Azərbaycanda 30 il ərzində heç bir vətəndaşımız məcburi köçkün statusu ilə mənəvi cəhətdən barışa bilməyib. Hər kəs öz ata-baba yurdunda yaşamaq, bu statusdan bir an öncə qurtulmaq arzusunda olub.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Bəhruz Məhərrəmov deyib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə nəticəsində artıq vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar. Bu proses çox uğurla reallaşmaqdadır. Səksən mindən artıq insanın təhlükəsiz və ləyaqətli şəraitdə qayıdışı, özlüyündə kifayət qədər ciddi bir tarixi hadisədir", - deyə o bildirib.
- Bu gün üç rayonda işıq olmayacaq
- Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri