ABŞ-nin dövlət katibi Marko Rubio Prezident Donald Trampın iyul ayında Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO Sammitində şəxsən iştirak edəcəyini açıqlayıb.
“BUTA.TV” xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri bu barədə verdiyi rəsmi açıqlamada qarşıdan gələn tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.
Rubio ABŞ liderinin bu səfərinin böyük siyasi çəkiyə malik olduğunu qeyd edərək, Ankaradakı görüşün ittifaq tarixinin ən mühüm sammiti olacağını bildirib. İyulda baş tutacaq yüksəksəviyyəli toplantıda qlobal təhlükəsizlik mühiti və transatlantik tərəfdaşlığın gələcəyinə dair taleyüklü məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Donald Trampın Ankaraya planlaşdırılan səfəri və sammit çərçivəsində keçirəcəyi ikitərəfli görüşlər, xüsusilə regional təhlükəsizlik və NATO daxili islahatlar kontekstində diqqət mərkəzindədir.
“Gənclər özlərini çox şey hesab edirlər, elə bilirlər, professordurlar” - Videomüsahibə
- Millimiz AÇ-nin finalında - Video-Foto
- Dayısı yoldaşını qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanıldı - Yenilənib
- Yaşı 50-dən yuxarı olanların diqqətinə!
- İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video
- Tramp Türkiyəyə gedəcək
- Həmin sürücü 30 sutka həbs edildi
- Sürücülərin diqqətinə: Sabah yollarda...
- Yeni tikiləcək binalar üçün tələblər müəyyənləşdirildi