ABŞ-nin dövlət katibi Marko Rubio Prezident Donald Trampın iyul ayında Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO Sammitində şəxsən iştirak edəcəyini açıqlayıb.
“BUTA.TV” xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri bu barədə verdiyi rəsmi açıqlamada qarşıdan gələn tədbirin əhəmiyyətini xüsusi vurğulayıb.
Rubio ABŞ liderinin bu səfərinin böyük siyasi çəkiyə malik olduğunu qeyd edərək, Ankaradakı görüşün ittifaq tarixinin ən mühüm sammiti olacağını bildirib. İyulda baş tutacaq yüksəksəviyyəli toplantıda qlobal təhlükəsizlik mühiti və transatlantik tərəfdaşlığın gələcəyinə dair taleyüklü məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Donald Trampın Ankaraya planlaşdırılan səfəri və sammit çərçivəsində keçirəcəyi ikitərəfli görüşlər, xüsusilə regional təhlükəsizlik və NATO daxili islahatlar kontekstində diqqət mərkəzindədir.
- “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
- “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
- Bakının bu iki küçəsində hərəkət tam məhdudlaşdırılacaq
- “Sabah” pley-offda! - Video-Yenilənib
- Bakının bu rayonlarında qaz olmayacaq
- Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
- Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar+Video
- Naxçıvan Sənaye Parkının təməli qoyuldu - Fotolar+Video