Ölümündən əvvəl bu addımı atıbmış

05:16 - 4 İyun 2026 - GÜNDƏM

 Ölümündən əvvəl bu addımı atıbmış

ABŞ-də azyaşlı qızların cinsi istismarı və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin ölümündən bir neçə il əvvəl spermasını dondurduğu üzə çıxıb.

BUTA.TV” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə istinadən məlumat yayıb.

Bildirilir ki, Epşteyn spermasının ölümündən sonra məhv edilməsinin qarşısını almaq üçün xüsusi müqavilə imzalayıb.

Məlumata əsasən, Epşteyn spermasını 2012-ci ilin oktyabr ayından əvvəl ABŞ-nin ən böyük reproduktiv mərkəzlərindən biri olan “California Cryobank”a təhvil verib. O, 2016-cı il mayın 9-da imzaladığı müqavilə ilə nümunələrin saxlanma və istifadə şərtlərini müəyyənləşdirib.

Bu xəbər hal-hazırda çox oxunur
10 min oğurladı - O pula brend geyimlər aldı

Sənəddə qeyd olunub ki, Epşteynin ölümü halında dondurulmuş sperma onun varislərinin və ya qanuni nümayəndələrinin nəzarətinə keçəcək.

Bununla yanaşı, sənədlərdə spermanın ilk dəfə nə vaxt dondurulduğuna dair məlumat yer almayıb.

“California Cryobank”ın sahibi olan “CooperCompanies” şirkəti məsələ ilə bağlı açıqlamasında hazırda Ceffri Epşteynə məxsus heç bir bioloji nümunənin saxlanılmadığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol