Dubay şahzadəsinin keçmiş həyat yoldaşı azərbaycanlı Zeynəb Cavadlı və üç övladının Dubay polisi tərəfindən saxlanıldığı iddia edilir.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, bu barədə onun britaniyalı vəkili Devid Heyq məlumat yayıb.
Vəkilin sözlərinə görə, Zeynəb Cavadlı ilə son əlaqə iyunun 2-də baş tutub. Bundan sonra onunla bütün rabitə kəsilib və yaxınları da onunla əlaqə saxlaya bilməyiblər.
Heyq iddia edib ki, Dubay polisi gecə saatlarında onun evinə basqın edərək Zeynəbi və üç azyaşlı qızını aparıb.
Hüquq müdafiəçisi bildirib ki, Zeynəb Cavadlı 2019-cu ildə Dubay rəhbərinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid əl-Məktum ilə boşandıqdan sonra müxtəlif təzyiqlərlə üzləşib. Qeyd olunub ki, bu ilin aprelində Dubay məhkəməsi Zeynəb Cavadlının üç qızının atalarına qaytarılması barədə qərar qəbul edib. Məhkəmə sənədlərində qərarın icrası üçün zəruri hallarda məcburi tədbirlərin tətbiq oluna biləcəyi də qeyd olunub.
Zeynəb Cavadlı isə daha əvvəl uşaqların himayəsində qalmasına imkan verən hüquqi razılaşmanın mövcud olduğunu bildirib.
Məsələ ilə bağlı Dubay polisi və şeyx Səid bin Məktumun nümayəndələri hələlik açıqlama verməyiblər.
- Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi
- Bu məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
- Bakıda bu küçədə yol çökdü - Video
- Azərbaycanın ən yaşlı sakini vəfat etdi
- Fyodorov azərbaycanlıya yüksək vəzifə verdi
- Ağdaşda qəza: Digər qardaş da öldü
- Bakıda binanın divarı maşınların üzərinə aşdı - Anbaan görüntülər
- PUA-larla bağlı qanuna dəyişiklik edilir