Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq. Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Dənizkənarı Milli Parkda rəngarəng musiqi proqramı təqdim ediləcək.
Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq.
- “Park Yasamal”da hazır 2 otaq studiya mənzillər satışdadır
- Azərbaycandan Ermənistana bu məhsullar göndərildi
- “Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Satışda
- ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
- Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
- Azərbaycan 2050-ci ilə qədər su qıtlığı ilə üzləşə bilər
- Mourinyo Türkiyəni Avropa Məhkəməsinə - Şikayət etdi
- Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunacaq