Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz mərhələsindədir.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində deyib.
O bildirib ki, hazırda bu qalığın üzərində tədqiqat işləri aparılır:
“Yaponiyadan analizin cavabını gözləyirik. Nəticələri barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəyik. Bu tapıntı arxeoloji qazıntıların ən mühüm naliyyətlərindən biridir. Bu, insan çənəsi qalığından sonra son yarım əsrdən artıq dövrdə arxeologiya elminə verəcəyi ən böyük töhfə olacaq”.
Qeyd edək ki, Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparılıb. Bu ilki tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır.
- “Park Yasamal”da hazır 2 otaq studiya mənzillər satışdadır
- Azərbaycandan Ermənistana bu məhsullar göndərildi
- “Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Satışda
- ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
- Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
- Azərbaycan 2050-ci ilə qədər su qıtlığı ilə üzləşə bilər
- Mourinyo Türkiyəni Avropa Məhkəməsinə - Şikayət etdi
- Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunacaq