Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.
"Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük", - deyə Zaur Əliyev qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7%-i, qoyun ətinə tələbatının 94,2%-i, quş ətinə tələbatının isə 82%-i yerli istehsal hesabına ödənilir.
Nazir müavini əlavə edib ki, Dövlət Proqramında ölkənin ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması nəzərdə tutulur.
Zaur Əliyev vurğulayıb ki, son illərdə dünyada ət qiymətlərində artım müşahidə olunur. Bu artıma pandemiyadan sonra logistika, yem və digər istehsal xərclərinin yüksəlməsi təsir edib.
Onun sözlərinə görə, heyvandarlıqda əsas maya dəyəri elementi yemdir və yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına imkan verəcək.
- 300 min şagird monitorinq ediləcək
- “Park Yasamal”da hazır 2 otaq studiya mənzillər satışdadır
- Azərbaycandan Ermənistana bu məhsullar göndərildi
- “Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Satışda
- ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
- Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
- Azərbaycan 2050-ci ilə qədər su qıtlığı ilə üzləşə bilər
- Mourinyo Türkiyəni Avropa Məhkəməsinə - Şikayət etdi