Paytaxtın intensiv axınlı yollarından birində skuter sürücüsü qaydaları pozaraq hərəkətli hissədən keçməyə cəhd edib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, yaranmış təhlükəli vəziyyəti vaxtında müşahidə edən yol polisi əməkdaşı dərhal müdaxilə edərək sürücünü saxlayıb və mümkün qəzanın qarşısını alıb.
"Unutmayaq ki, skuter və digər fərdi hərəkət vasitələrini idarə edən şəxslərin yolun işlək hissəsinə çıxması həm onların, həm də digər iştirakçıların həyatı üçün ciddi risk yaradır. Yol polisi tərəfindən görülən bu tədbir bir daha göstərir ki, təhlükəsizliyin təmin olunması bəzən bir saniyəlik düzgün qərardan asılıdır.
Yol polisi mümkün faciəni dayandırdı", - məlumatda qeyd olunub.
- Anar Əliyev bu bildirişi Jilber Hunqboya təqdim etdi
- Ağdamda “Qardaşlıq körpüsü” konfransı keçirildi - Foto
- Sadettin Saran haqqında 2 il 6 ay həbs qərarı verildi
- Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu - Foto
- Ata-oğulun birgə şəklini ilk dəfə yaydılar
- Mehriban Abasquliyeva məhkəmə zalında həbs edildi
- 300 min şagird monitorinq ediləcək
- 6-cı ildir ki, doğum gününü həbsdə keçirir