Tanınmış həkim Əliosman Qədimbəyli sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, həkim İstanbulda yerləşən Marmara Universitetinin əməliyyat və təlim mərkəzindən görüntülər yayımlayıb. O bildirib ki, burada müxtəlif ölkələrdən gələn mütəxəssislərin iştirakı ilə tibbi təlimlər və praktiki məşğələlər keçirilir.
Qədimbəylinin sözlərinə görə, tədris prosesində Avropanın müxtəlif bölgələrindən gətirilən anatomik materiallardan istifadə olunur. Həkim baş və boyun nahiyəsi üzrə aparılan təlimlər üçün bir anatomik preparata görə 4500 dollar (7650 manat) ödənildiyini qeyd edib.
O vurğulayıb ki, proqramda müxtəlif ölkələrdən gələn həkimlər iştirak edir və burada tibbin ən son yenilikləri, müasir cərrahi üsullar və yeni texnologiyalar tətbiq olunur.
Paylaşılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. İzləyicilər təlim prosesinin əhəmiyyəti və tibb sahəsindəki yeniliklərlə bağlı müxtəlif fikirlər səsləndiriblər.
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı