Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Layihə parlamentin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilir.
Qeyd olunub ki, təklif olunan dəyişikliklərin qəbulu normativ hüquqi aktlar arasında uyğunluğun təmin olunmasına xidmət edəcək.
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı